Türk Dünyası Yardım Kampanyası

Quba Kütləvi Soyqirim Məzarliği (may - 1918-ci il)

21 Ocak 2012

Açıklama: Tarih İlimleri doktoru, Kuba Arkeoloji Expedisyası Rehberi ve Azerbaycan İlimler Akademisi Üyesi olan Kahraman Agayev’in yazısını olduğu gibi yayınlıyoruz. Daha önce Tuğrul Veliyev ve ekibinin hazırladığı belgeselden hatırladığımız kazıyı, bu defa, bizzat  yapan birisinin kalemindenokuyoruz. 1918 Mayısında Kuba’daen az 211 kişinin defnedildiği toplu mezarlığın bulunduğu arkeolojik kazılara ilişkin bilgi veren makale, Fransa’nın ve Minsk Grubunun Başkanlık Troikasının diğer üyelerinin görmediği hakikatlerin, 1992 Hocalı katliamından ibaret olmadığını gözler önüne seriyor... 

Məzarlıq 2007-ci ilin aprel ayında Quba şəhərinin şimal-qərb tərəfındə, Qudyalçayın sağ sahilindəki şəhər stadionunun yaxınlığında torpaq işləri görülərkən aşkar edilmişdir. Şəhər stadionunun qərb hissəsindəki yamacda yenidənqurma işləri görülərkən kütləvi şəkildə torpağa basdırılmış insan sümükləri aşkar edilmiş və bu barədə Azərbaycan MEA Arxeologiya və Etnoqrafıya İnstitutuna məlumat verilmişdir, İnstitutun iki əməkdaşı Qəhrəman Ağayev və Əskər Əliyev hadisəyə aydınlıq gətirilməsi üçün dərhal Quba şəhərinə ezam olunmuşlar.

Ərazidə, 2007-ci ili aprel ayının 8-dən 11-dək ilkin tədqiqat işləri aparılmış, buranın kütləvi məzarlıq olduğu müəyyənləşdirilmiş və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu ehtimal edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafıya İnstitutunun Elmi Şurası bu məsələyə daha dolğun aydınlıq gətirilməsi üçün məzarhqda geniş şəkildə tədqiqat işləri aparılmasını məsləhət bilmişdir.

2007-ci ilin iyul ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafıya İnstitutunun 7 nəfərdən ibarət elmi heyəti tərəfındən kütləvi məzarlıqda tədqiqat işlərinə başlanmış, 2008-ci ilin sentyabr ayında isə tədqiqat işləri başa çatdırılmışdır.

Məzarlıqda tədqiqat işləri üç mərhələdə aparılmışdır.

Birinci və əsas mərhələ - məzarlığın arxeoloji tədqiqi
İkinci mərhələ - məzarlığın tarixi və arxiv materialları əsasında araşdırılması.
Üçüncü mərhələ - soyqırımla bağlı yerli əhali, əsasən də yaşlı insanlarla söhbətlər aparılması.

Arxeoloji tədqiqatlar. Arxeoloji tədqiqat işləri əvvəlcə 10x10 m ölçüdə götürülmüş, böyük çalanın ətratında aparılmışdır. Arxeoloji qazıntılar zamanı çalanın ətrafından ınsan cəsədlərinin tapılması ilə əlaqədar qazıntı sahəsinin genişbndirilməsinə ehtiyac duyulmuş və beləliklə qazıntı sahəsi şərq, qərb və qismən cənub istiqamətbrində genişbndirilərək 514 m2 sahəni əhatə etmişdir. 514 m2 sahəni əhatə edən məzarlığm 494 m2 sahəsində arxeoloji tədqiqat işləri aparılmışdır, 20 m2 sahə isə hər ehtimala qarşı beynəlxalq mütəxəssisbrin tədqiqat işləri aparmaları üçün saxlanmışdır. Qazıntı sahəsi şərq-qərb istiqamətində 9,5 m xl3 m ölçülərmdə 4 kvadrata  bölünərək, ardıcıl olaraq 1-dən 4-ə qədər nömrələndıkdən sonra tədqiqat işlərinə başlanmışdır. İlkin halda 4 m 25 sm dərinliyində, 5 m diametrində olan çalanın ətrafi, təmizlənərkən ikinci bir quyu-çala aşkar edilmidi. Aşkar edilən ikinci çalanın ölçüləri ilkin halda 2 m x2,5 metrdir. Çox güman ki, birinci çala insan cəsədləri ilə doldurulduqdan sonra, ikinci çalanın qazılmasına ehtiyac duyulmuşdur. Hər iki çalanın ətrafmda qazıntı işləri aparılarkən iki arx  (kanal) izləri aşkarlandı. Vaxtilə bu arxların birindən dəyirmana su aparmaq, digərindən isə əkin sahələrini suvarmaq üçün istifadə edirmişlər. Tədqiqat işləri zamanı məlum oldu ki, qədim və istifadəsiz qalmış bu arxların da içəriləri insan cəsədbri ilə doldurulmuşdur. Öldürdükləri insanları çayın kənarında qazdırdıqları çalalara quyulara və arxların içərisinə tökməklə çox güman ki, erməni cəlladları çay daşqınları zamanı suyun meyitləri yuyub aparacağını və bununla törətdikləri bu ağır cinayətlərin izinin itəcəyini hesab etmişlər.

Aparılan müşahidələr və tədqiqatlara əsasən aşkar edilən insan sümüklərinin çox da qədim olmadığı aydın şəkildə bilinirdi. Bu və digər elmi araşdırmalara əsaslanaraq çalalara və arxlara doldurulan insan cəsədlərinin 80-90 il öncə öldürülərək töküldüyünü söyləmək olar. Bu da 1918-ci ildə erməni daşnaklarının azərbaycanlılara və eləcə də bu bölgədəki digər etnik qruplara qarşı törədikləri soyqırımla eyni vaxta düşür. Arxeoloji tədqiqat işləri nəticəsində də məzarlıqdan tapılan insanların əza sümüklərinin 80-90 il bundan öncəyə aid olduğu təsdiqlənir. Qazıntı sahəsindən güllə və etnoqrafık tapıntılar aşkar edilmədi. Bu da onu göstərir ki, məzarlıqdakı insanları küt alətlərlə, əzab-əziyyət verməklə, müxtəlif üsullarla qətlə yetirmişlər. Bəzi kəllələrin beyin və gicgah hissələrindən tapılmış mismarlar və bir qadın kəlləsinin sol gözünə sancılmış dəmir parçası da dediklərimizi təsdiqləyir. Bütün bunlarm nəticəsidir ki, məzarlıqda aşkar edilən insanların sayı, yalnız kəllə sümüklərinə görə müəyyənləşdirilmişdir.

Arxeoloji tədqiqatlarla bərabər, məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji və etnoqrafık araşdırmalar da aparılmışdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəylər, qənaətə geldiyimiz nəticələrlə üst-üstə düşür. 

Məzarlıqda aparılan tədqiqatlar nəticəsində bir ədəd misdən hazırlanmış balaca medalyon istisna olmaqla başqa etnoqrafık tapıntılar aşkar edilməmişdir. Bu da bir daha onu göstərir ki, məzarlıqda aşkar edilən insanları erməni cəlladları müxtəlif üsullarla,vəhşiliklə öldürərək çalalara və arxlara tökmüşlər.

Tədqiqat işləri nəticəsində bir neçə öldürülmə üsulları aşkarlanmışdır. Xüsusi mismarlarla beyin, alın, gicgah nahiyyələrinin deşilməsi, balta, xəncər və bıçaqlarla vurulma və müxtəlif küt alətlərlə bədənin müxtəlif hissələrinə zərbələr vurulması.

Arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş arxların içərisindən 211 ədəd insanların kəllə sümükləri aşkar edilmişdir. Onu da qeyd etməliyik ki, bu siyahıya ayrı-ayrı insanlara, xüsusilə uşaqlara aid olan kəllə sümüklərinin fraqmentləri də əlavə olunmuşdur. Arxlardan aşkarlanan kəllə sümüklərinin 28-i müxtəlif yaşlı uşaqlara, 54-ü müxtəlif yaşlı qadınlara, qalanları isə müxtəlif yaşlı kişilərə, xüsusilə yaşlı insanlara aiddir.

Quyulardan tapılan insanların sayının isə, 200-ə yaxın olduğunu demək olar. Burada bəzi məqamları xüsusilə qeyd etməliyik.

Yuxarıda qeyd etdiyimiz ölçülərdə aşkar edilmiş çalaların  hal-hazırdakı ölçüləri, I çala- 2 m, dərinlikdə, 4 m 25 sm diametrindədir.

II çala 2,5 m dərinlikdə 2 m diametrində olduğu halda hal-hazırda həmin çala tam dağılmışdır. Bütün bunlar əraziyə, yəni qazıntı sahəsinə qurunt sularının axması nəticəsində, məzarlıqda yaranmış sürüşmə nəticəsində baş vermisdir. Bu   və ya digər səbəblərdən II çala tamamilə sıradan çıxmış, I çala isə, yalnız yuxarıda qeyd etdiyimiz ölçülərdə qorunub saxlanılmışdır.

I çalanın hazırkı vəziyyətdəki ölçüləri götürülərək, içərisində olan kəllə sümükləri təxmini hesablanmış, II çaladan yerə tökülmüş kəllə sümükləri isə toplanaraq, hesablandıqdan sonra, məzarlıqda aparılan arxeoloji qazıntıların nəticəsi olaraq, tapılan insan kəllələrinin sayının təxminən 400-ən bir az artıq olduğu müəyyənləşdirilmişdir. Onlardan 50-dən çoxu müxtəlif yaşlı uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə müxtəlif yaşlı kişilərə aiddir.

2007-ci ilin aprel ayında təsadüfən aşkar edilmiş məzarlığın bir hissəsinin dağıdılaraq Qudyalçaya tökülməsini, sürüşmə nəticəsində dağılmasını da nəzərə alsaq, məzarlıqdakı öldürülmüş insanların sayının 600-dən artıq olduğunu demək olar.

Tarixi və arxiv araşdırmaları. 1918-ci ilin may ayının əvvəllərində bolşeviklərlə əlbir olan erməni-daşnak silahlı dəstələri Qubada sakitlik yaradılması pərdəsi altında bölgədəki Azərbaycan əhalisinə və digər etnik xalqlara qarşı kütləvi qırğınlar törətmişlər. O vaxtlar yaradılmış Fövqəladə İstintaq Komissiyasında olan sənədlərdən məlum olur ki, Bakı XKS I9l8-ci il may ayının l-də Qubaya daşnak Hamazaspın və onun köməkçisi Nikolayın komandanlığı altında iki mindən artıq dəstə göndərir. «Cəza dəstəsi» adı altnda fəaliyyət göstərən bu dəstənin əsas tərkibi ermənilərdən ibarət idi. Bu cinayətkar dəstənin əraziyə göndərilməsini XKS komissarı Stepan Şaumyan və onun hərbi işlər komissarı Korqanov təşkil etmişdilər. Bunu Hamazaspın Quba əhalisi qarşısındakı çıxışı da təsdiq edir. «Mən bura göndərilmişəm ki, bütün müsəlman xalqını qanına qəltan edim, Qubadan Şahdağa qədər olan ərazini düm-düz edim». David Gelovaninin Fövqəladə İstintaq Komissiyasına verdiyi məlumatdan aydın olur ki, Hamazaspin silahlı dəstəsi siyasi məqsəd üçün deyil, müsəlmanlardan «intiqam» almaq üçün göndərilmişdi. Hamazaspin dəstəsi Quba vilayətində minlərlə kişi, qadın, uşağı qətlə yetirmiş, əmlaklarını mənimsəmiş, və ya yandırmışlar. Hamazaspin yaxın silahdaşı Serqo Martıkyan yazırdı: «Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhərə soxularaq qoca, qadın, kişi və uşaqları qəddarlıqla öldürmüş və bu barədə heç bir yerə məlumat verməmişik».

Fövqəladə Hallar Komissiyasmın üzvü Novaçski öz məlumatlarında yazırdı: «l may 1918-ci il səhər tezdən general Hamazaspin rəhbərliyi altında iki mindən artıq silahlı dəstə Quba şəhərini mühasirəyə aldı. Bu işdə ona köməkçisi Nikolay dəstək verirdi. Mayın 1-i səhər tezdən «Cəza dəstəsi» adlanan cinayətkar dəstə şəhərə soxuldu. Onlar qabaqlarına çıxan hər bir insanı öldürür, evlərinə girərək bütün ailələri qəddarcasına qətlə yetirirdilər. Onların bu cinayət işləri nəticəsində 2000 (iki) mindən çox dinc əhali, o cümlədən uşaq, qadın və kişilər müxtəlif ağlasığmaz üsullarla qətlə yetirilmişdir. Bu amansız soyqırımın başında XKS komissarı Stepan Şaumyan və hərbi komissar Korqanov dururdu». Ermənilər şəhəri dörd hissəyə bölərək, hər hissədə hərbi qərargahlar yaradırlar. Həmin qərargahlar ayrı-ayrılıqda mayın 1-i günortadan sonra qanlı qətllərə başlayırlar. Amansız qətllər mayın 9-na qədər davam edir. Mayın 9-da hərbi komissar Korqanov A.Ağacanyana teleqramm göndərir: «Təcili şəhəri qaydaya salıb, adamlarınızı aradan çıxardın, Türk ordusu Qubaya yaxınlaşır».

Arxiv materialları əsasənda məlum olmuşdur ki, ermənilər 9 gün ərzində təkcə Quba şəhərində 259 ev  yandırmış, 1800 körpə, 2000-dən çox kişi və qadını qətlə yetirmişlər. 1251 nəfəri soyuq silahlarla xüsusi qəddarlıqla öldürmüşlər. Ümumiyyətlə, Quba qəzasında ermənilər 16782 nəfər insanı qətlə yetirmiş, 122 kəndi tamamilə dağıtmış, 380 ailəni gecə yatdığı yerdə evlərinə od vuraraq kül etmişlər.

Yerli əhali, xüsusilə qoca insanlarla söhbətlər əsasında məlum oldu ki, məzarlıqda aparılan tədqiqatlar nəticəsində əldə olunan arxeoloji və tarixi materiallar, eyni zamanda sənədlər yerli əhalinin danışdığı söhbətlərlə demək olar ki, tam üst-üstə düşür. Yerli əhalinin, xüsusilə də yaşlı insanların söylədiklərinə görə ermənilər qətlə yetirdikləri insanları yerli əhaliyə məcburən daşıtdırmış, Qudyalçay boyu çalalar, arxlar qazdıraraq onlara doldurtmuşlar. Şəhərdə qalan meyitlərin  çox hissəsini yandırmış, qalanlarını isə, şəhərin müxtəlif yerlərində çalalar qazdıraraq onlara doldurmuşlar.

Onlardan bir qismi təsadüfən aşkar edilmiş bu məzarlıqda uyuyur. Tarixi həqiqətləri heç vaxt ört-basdır etmək mümkün deyil. Gec və ya tez həqiqət üzə çıxmalıdır. Erməni fıtnəkarları elə düşünürdülər ki, onların Quba bölgəsində yerli əhaliyə qarşı törətdikləri bu amansız cinayətlərin izlərini qara torpaq əbədi özündə gizlədəcək və ya Qudyalçayın aşıb-daşan suları yuyub aparacaqdır.

Lakin gec də olsa, bu dəhşətli cinayətin acı izləri, ermənilərin 90 il bundan öncə, Azərbaycanın bütün ərazisində, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımın ildönümü ərəfəsində Quba şənərində canlı sənədlər kimi üzə çıxdı. Quba şəhərində aşkar olunmuş bu canlı soyqırım abidəsini əbədiləşdirmək üçün, dövlət tərəfindən həmin yerdə memorial xatirə kompleksi  yaradılması qərara alınmışdır.

Bununla, biz erməni fitnəkarlığının nəyə qadir olduğunu bütün dünya ictimaiyyətinə canlı şəkildə nümayiş etdirmiş olarıq. Bununla biz məzarlıqda kütləvi şəkildə amansızcasına qətlə yetirilən günahsız insanların ruhu qarşısında öz vətəndaşlıq borcumuzu yerinə yetirmiş olarıq və nəhayət, bununla biz məkirli erməni millətçilərinin, nəinki təkcə Azərbaycan xalqına, eyni zamanda bütün türk dilli xalqlara,müsəlman aləminə, ərazidə yaşayan yaxın qonşularına qarşı yeritdikləri  iyrənc siyasətlərinin iç üzünü qismən də olsa dünya ictimaiyyətinə əyani şəkildə  sübut etmiş olariq.

Türkocağı Tv

Türkocağı Tv

Tümü

Türk Ocaklarından Haberdar Olun

Yazarlar

Tümü