Türk Dünyası Yardım Kampanyası

Muraciet

09 Kasım 2012

Bakı şəhəri
2 oktyabr 2012-ci il

Sovet imperiyasının çökməsindən sonra Türk dövlətləri və xalqlarının qarşısında inteqrasiya üçün əlverişli şərait yaranmışdır. Türk Dünyasının öndə gələn insanları, ziyalıları bu fürsətdən yararlanaraq birlik istiqamətində ciddi addımlar atdılar. İnteqrasiyada mühüm rol oynayan Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Konseyi), Türk Dövlətlərinin Parlament Assambleyasının (TÜRK PA), Beynəlxalq Türk  Mədəniyyət Təşkilatının (TÜRKSOY), Türk Akademiyasının, Türk Dünyasının Ağsaqqallar Şurasının, Türk Dövlətlərinin Media Platforumunun (Türk Media Forumu), TRT AVAZ-ın və s. qurumların, təbliğat vasitələrinin yaradılması, Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili ilə bağlı göstərilən cəhdlər bu fəaliyyətlərin nəticəsidir. Proses hələ başa çatmayıb. Bundan sonra görülməli olan işlərin sırasında adıçəkilən təşkilatların gücləndirilməsi və Türk Dünyasının ictimai, mədəni, iqtisadi sahədə daha da möhkəm bir şəkildə birləşdirilməsi gəlir.

Türk Dünyasının birliyində, xüsusən ictimai-siyasi, mədəni inteqrasiyasında qeyri-hökumət təşkilatları, ictimai birliklər, fondlar, xeyriyyə cəmiyyətləri, dərnəklər və s. qurumlar ciddi töhfə verməkdədirlər. Onların hər birinin həm ölkə çərçivəsində, həm də bir neçə türk dövlətini əhatə edəcək səviyyədə gördükləri işlər inteqrasiyanı daha da sürətləndirir. Lakin bu çalışmaların pərakəndə aparılması, koordinasiyanın olmaması daha ciddi nəticələr əldə etməyə mane olur. Bir neçə ildir ki, bu boşluğu aradan qaldırmaq üçün müxtəlif türk dövlətlərindəki aparıcı qeyri-hökumət təşkilatları (bu sırada xüsusilə Milli QHT Forumunun fəaliyyətini qeyd etmək yerinə düşər) və onların rəhbərləri çalışmalar həyata keçiriblər. Təəssüflə qeyd etməliyik ki, bu cəhdlər istənilən nəticəni verməyib. Artıq vaxtdır ki, türk dövlətlərinin rəhbərlərinin dəstəyi ilə aparıcı QHT-lərin fəaliyyətini koordinasiya edəcək “Türk Dünyası QHT-lər Birliyi” yaradılsın.

Bütün bunları nəzərə alaraq “Türk Dünyası QHT-lər Birliyinin yaradılması” adlı konfransın iştirakçılarının adından bu günə qədər görülən işləri təqdir edir, gələcəkdə də bu işin davam etdirilməsi üçün dəstək verdiyimizi bəyan edirik. Eyni zamanda onun reallaşması üçün aşağıdakı təklifləri və fikirləri müvafiq orqanlara yetirməyi təşkilatçı qurumlardan xahiş edirik:

  1. Türk Dünyası QHT-lər Birliyinin yaradılması üçün bu günə qədər görülən işləri dəstəkləyirik.
  2. Türk Dünyası QHT-lər Birliyinin yaradılmasına nail olmaq üçün dövlət başçılarından və qərargahı İstanbulda yerləşən Türk Dövlətlərinin Əməkdaşlıq Şurasından bu işlə birbaşa məşğul olmağı, ona dəstək olmağı xahiş edirik.
  3. Birliyin yaradılması üçün hər bir türk dövlətində və ya muxtar qurumunda aktiv fəaliyyət göstərən, real imkanlara malik olan aparıcı ictimai təşkilatların nümayəndələrindən ibarət ortaq İşçi Qrupu yaradılmasını məqbul sayırıq.
  4. Konfransın yekun nəticələri ilə bağlı türk dövlətlərinin başçılarının, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının, TÜRK PA-nın, TÜRKSOY-un, Türk Dünyasının Ağsaqqallar Şurasının, Türk Akademiyasının məlumatlandırılmasını, onlardan bu istiqamətdə görülən işlərə dəstək olmalarını xahiş edirik.
Türkocağı Tv

Türkocağı Tv

Tümü

Türk Ocaklarından Haberdar Olun

Yazarlar

Tümü