Türk Dünyası Yardım Kampanyası

Azerbaycan'dan Türk Ocakları Bildirisine Destek

22 Ocak 2016
Azerbaycan'dan Türk Ocakları Bildirisine Destek

Türk Ocakları Genəl Mərkəzi, terror təşkilatı PKK-nın və ona bağlı olan terror təşkilatlarının Türkiyəyi bölmək, vətənin bir bölümünü ondan ayırmaq üçün başladığı xain saldırılara qarşı yürüdülən mücadiləyi “Dövlətin başda kürd xalqı olmaq üzərə bütün bölgə xalqlarına qarşı gerçəkləşdirdiyi qətliam” olaraq alçaqca suçlayan bir qrup sözdə elm adamlarının bildirisinə qarşı aşağıdakı bildiriyi imzaya açmışdır.

 

Həmin bildiridə də vətənsevər Türk aydınlarının adından yazılır ki, Türkiyədə baş verən son olaylar sonuncunda Türkiyə dövlətinin ittiham olunması doğru deyildir. Bunu başqa yerlərə yozaraq Türk dövlətinə, türk vətəndaşlarına qarşı bir qrup terror tərəfdarlarının çırkin üsullara əl ataraq imzatoplama kampaniyasına başlaması tamailə yanlışdır. Buna cavab olaraq da Türkiyədə Türk Aydınları, Türk Ocaqları Türkiyə dövlətinin və milli kimliyindən asılı olmayaraq Türkiyə vətəndaşlarının haqqlarını qorumaq, terroru və terrorçuları dəstəkləyənlərə qarşı çıxmaq üçün səsvermə keçirir. 


Türk Ocaqlarının başlatdığı və sabah başa çatacaq bu səsverməyə Azərbaycandan da dəstək verilib. Onlardan biri də AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Qəzənfəroğludur. F. Qəzənfəroğlu bu səsvermədə Türkiyə Aydınlarının yanında olduqlarını bildirib və Türk dövlətinin, Turkiyə vətəndaşlarının rifahı, haqqlarınının qorunması üçün hər kəsi bu səsvermədə iştirak etməyə çağırıb. Onun sözlərinə görə, Türkiyə hökumətinin cənubi-şərqi Anadoluda apardığı mübarizə yalnız Türkiyənin bütövlüyü və yerli xalqlarını müdafiəyə yönəlmişdir. Özəlliklə, Türkiyə dövləti PKK kimi terror təşkilatlarını aradan qaldırmaq və onun havadarlarının istəklərini birdəfəlik aradan qaldırmaq baxımından doğru yoldadır. 

 

Karabakhmedia

 

Türkocağı Tv

Türkocağı Tv

Tümü

Türk Ocaklarından Haberdar Olun

Yazarlar

Tümü